Şərtlər və Qaydalar

Şərtlər və Qaydalar

Sifariş Üsulları

Aşağıdakı üsullarla sifariş verə bilərsiniz:

1. Onlayn Sifariş

Veb saytımızda qeydiyyatdan keçərək istədiyiniz məhsulu səbətə əlavə edib sifarişinizi təsdiqləyə bilərsiniz. Sifariş zamanı tələb olunan məlumatların düzgün doldurulması sifarişinizin operativ şəkildə hazırlanması və çatdırılması üçün vacibdir.

Sayt üzərindən onlayn ödəniş imkanı mövcuddur.

2. WhatsApp Sifariş Xidməti

WhatsApp vasitəsilə sifariş verdikdən sonra əməkdaşımız sizinlə əlaqə saxlayaraq sifarişinizi təsdiqləyəcək və lazımi məlumatları təqdim edəcəkdir.


Çatdırılma

Sifarişlər Azərbaycanın bütün bölgələrinə Azərpoçt kargo xidməti vasitəsilə göndərilir.

  • Azərbaycanın 62 rayonuna çatdırılma mövcuddur.

  • Çatdırılma haqqı 5 AZN təşkil edir.

  • Sifarişlər adətən 2-3 iş günü ərzində müştərinin yerləşdiyi əraziyə ən yaxın Azərpoçt məntəqəsinə çatdırılır.

  • Məhsulun stokda olmaması və ya digər fors-major hallar səbəbindən çatdırılma müddəti uzana bilər.


Ödəniş Üsulları

Nağd Ödəniş

Müştərilər məhsulu birbaşa əldə etmək üçün göstərilən ünvana yaxınlaşaraq təhvil ala bilərlər. Bu halda çatdırılma haqqı tələb olunmur.

Nağdsız Ödəniş

Ödənişlər saytımız üzərindən ePoint ödəniş sistemi vasitəsilə qəbul edilir.

Məhsulun stokda olmaması və ya sifarişin icra edilməməsi halında ödənilmiş məbləğ qanunvericiliyə uyğun olaraq geri qaytarılır.

Hissəli Ödəniş

Məhsulları uyğun bank kartları ilə hissə-hissə ödəmə imkanından yararlana bilərsiniz.


Zəmanət Şərtləri

Zəmanət aşağıdakı hallarda qüvvədədir:

  1. Aşkarlanmış qüsurun istehsalçı tərəfindən yarandığı müəyyən edildikdə;

  2. Qüsur zəmanət müddəti ərzində aşkar edildikdə;

  3. Məhsul texniki baxış üçün təqdim edildikdə.

Məhsulun istehsal qüsurlu olub-olmaması Ahmetzade.az tərəfindən təyin edilmiş mütəxəssislər və ya rəsmi servis mərkəzləri tərəfindən yoxlanılır.

Zəmanətə qəbul edilmiş məhsul təmir müddətində müvəqqəti məhsulla əvəz edilmir.

Zəmanət Müddəti

Məhsulun zəmanət müddəti məhsulun xüsusiyyətlərindən asılı olaraq təqdim olunan zəmanət talonunda göstərilir.

Texniki baxış və təmir prosesi adətən 2-14 iş günü ərzində həyata keçirilir. Ehtiyat hissələrinin sifarişi və digər texniki səbəblərlə bu müddət uzadıla bilər.


Zəmanət Təmirinə Qəbul Şərtləri

Məhsul aşağıdakı hallarda zəmanət təmirinə qəbul edilir:

  • Zəmanət talonu təqdim olunduqda;

  • Məhsulun sahibi şəxsiyyətini təsdiq edən sənəd təqdim etdikdə;

  • Məhsulda istifadəçi tərəfindən yaradılmayan istehsal qüsuru aşkar olunduqda.


Zəmanət Təmirinə Qəbul Edilməyən Hallar

Aşağıdakı hallarda məhsul zəmanət təmirinə qəbul edilmir:

  • Mexaniki zədələnmə;

  • İstifadə qaydalarının pozulması;

  • Məhsulun düzgün saxlanmaması;

  • Daşınma qaydalarının pozulması;

  • Yanğın, sel, zəlzələ və digər fors-major hallar;

  • Məhsulun üçüncü şəxslər tərəfindən müdaxilə və ya təmir olunması;

  • Elektrik şəbəkəsində qeyri-standart gərginlik nəticəsində yaranan nasazlıqlar;

  • İstifadəçi tərəfindən məhsula qəsdən və ya səhlənkarlıq nəticəsində vurulan zərərlər.

Ahmetzade.az saytından sifariş verməklə istifadəçi bu şərtlər və qaydalarla tanış olduğunu və onları qəbul etdiyini təsdiq edir.

pozulması